OXUCULARA MÜRACİƏT
|
Hörmətli oxucularımız! |
|
Yeni materiallar | ||||
|
Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin irsinə həsr edilmiş "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının 10 may 2009-ci ildə fəaliyyətinin beş ili tamam oldu.
35 dildə fəaliyyət göstərən kitabxanada bu böyük siyasət adamının yüzlərlə əsəri - çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnləri ilə tanış ola bilərsiniz. Heydər Əliyevin əsərlərinin müxtəlif dillərdə nəşri politoloqlar, iqtisadçılar, jurnalistlər və Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan bütün insanlar üçün faydalıdır. Oxucularımızdan aldığımız məktublar da göstərir ki, kitabxanamız onları çox maraqlandırır. Mübaliğəsiz demək olar ki, ötən dövr ərzində dünyanın 200-dən artıq ölkəsindən yüz minlərlə oxucu kitabxanamızla tanış olmuşdur. Dünyanın qabaqcılelm və təhsil mərkəzləri, nüfuzlu dövlət təşkilatları, məşhur media orqanları, kitabxanalar, nəhəng transmilli şirkətlər və başqalarının təmsilçiləri kitabxanamızın daimi oxucularındandır. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası nəşriyyat fəaliyyəti ilə də məşğuldur. Müxtəlif xarici dillərdə nəşr olunmuş kitablarımızın bəziləri ilə saytımızda tanış ola bilərsiniz. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası gündəlik olaraq yeniləşir, zənginləşir. Kitabxana haqqında bütün rəy və təkliflərinizi bizə göndərməyinizi xahiş edirik. office@aliyev-heritage.org "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası öz təklifləri ilə saytımızın təkmilləşdirilməsində yardımçı olan oxuculara təşəkkürünü bildirir. |
|
Azərtac 17.03.2010 (yükləmə tarixi) Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirakla görüşdən sonra bəyanatı - 24 yanvar 2001-ci il İqtisadiyyat 16.03.2010 (yükləmə tarixi) Azərbaycan Respubikasının Prezidenti Heydər Əiyevin GUAM-ın zirvə görüşündə çıxışı - 7 iyun 2001-ci il Xarici siyasət 15.03.2010 (yükləmə tarixi) Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Kvasnevskiyə - Bakı şəhəri, 26 aprel 2002-ci il Portuqaliya Respublikasının prezidenti zati-aliləri cənab Jorji Sampayyuya - Bakı şəhəri, 9 iyun 2002-ci il 13.03.2010 (yükləmə tarixi) Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab Rudolf Şusterə - Bakı şəhəri, 28 avqust 2001-ci il Qətər dövlətinin əmiri əlahəzrət Şeyx Həməd Bin Xəlifə al Taniyə - Bakı şəhəri, 27 avqust 2002-ci il 12.03.2010 (yükləmə tarixi) Sloveniya Respublikasının prezidenti zati-aliləri cənab Milan Kuçana - Bakı şəhəri, 14 iyun 2002-ci il Liviya İnqilabının rəhbəri, Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı zati-aliləri cənab Müəmmər Qəzzafiyə - Bakı şəhəri, 27 avqust 2002-ci il 11.03.2010 (yükləmə tarixi) Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Visente Foks Kesadaya - Bakı şəhəri, 11 sentyabr 2002-ci il 10.03.2010 (yükləmə tarixi) Maldiv Respublikasının prezidenti zati-aliləri cənab Əbdül Qəyyuma - Bakı şəhəri, 22 iyul 2002-ci il
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tədqiqatçı qrupu tərəfindən tərtib edilən yeni tarixi arayışlar: 1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya işgüzar səfərinə (28 noyabr-3 dekabr 1995-ci il) dair ümumi tarixi arayış
2. Azərbaycan-Belçika münasibətlərinə dair ümumi tarixi arayış
3. Azərbaycan-Böyük Britaniya münasibətlərinə dair ümumi tarixi arayış | ||||
|
|
|
print version
to the beginning
