Meksika Birləşmiş Ştatlarının prezidenti Zati-Aliləri cənab Ernesto Zedilyo Ponse de Leona – 17 sentyabr 2000-ci il
Hörmətli cənab prezident!
Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik elan edilməsi gününün növbəti ildönümü münasibətilə Sizi və dost Meksika xalqını salamlayır və ürəkdən təbrik edir, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.
Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim genişlənib möhkəmlənəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
"Azərbaycan" qəzeti, 20 sentyabr 2000-ci il
